Tubanın qısa saçları başına bəla oldu

Tubanın qısa saçları başına bəla oldu
22352 dəfə oxunub
  • A-
  • A
  • A+

"İstanbul kırmızısı" filmində baş rolu ifa edən aktrisa Tuba Büyüküstünün qısa saçları başına bəla olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, çəkilişlər zamanı Tubanın saçları ilə bağlı problemlə qarşılaşdıqlarını deyən filmin rejissoru Ferzan Özpetek İtaliyadan 3 dəfə saç ustası gətirmək məcburiyyəti qarşısında qaldığını deyib:

"Tubanın saçlarını formaya sala bilmirdik. Buna görə Romadan 3 dəfə saç ustası çağırdıq. Həmin saç ustama çox güvənirəm. Həmişə onunla çalışmışam".

Qeyd edək ki, filmin təqdimatı martın 3-də baş tutacaq.