Elnarə məşhurların geyimlərini təhlil etdi: "Zövqsüzdür..." - fotolar

Elnarə məşhurların geyimlərini təhlil etdi: "Zövqsüzdür..." -  fotolar
10127 dəfə oxunub
  • A-
  • A
  • A+
İmicmeyker Elnarə Bəkirova şou-biznes nümayəndələrinin geyimlərini təhlil edib.
 
Axşam.az Elnarənin iradlarını, qiymətləndirməsini təqdim edir:

"Məleykə Əsədovanın geyimi çox zövqsüzdür. Qarın hissəsinin görünməyi, qolların və ətəyin hərəkətli olması, saç düzümü bir-birini tamamlamır. Saçı heç xoşuma gəlmədi. Şəxsiyyət olaraq ona hörmətim var. İmicmeyker kimi fikir bildirirəmsə, düzünü deməliyəm. Onun bu tərzi məni qane etmir".
 


Günay İbrahimlinin geyimi bədən ölçülərinə uyğundur. Libasın həm parçası, həm də modeli son dəbə uyğundur. Makiyajı yaxşıdır, amma saç düzümü pisdir. Saçını arxadan toplasaydı daha yaxşı olardı. Paltarın güpür hissəsi boğaza qədər getdiyi üçün boyunu balaca göstərir".



"Xatirə İslamın geyindiyi köynək ona yaraşır. Yuxarı hissəsinin kilolu olmasını itirib. Amma kaş saçını toplasaydı, ayaqqabısını da düzgün seçərdi. Onun ayaqqabı seçimləri çox vaxt uğursuz olur. Geyindiyi geyimlərinin gözəlliyini itirir. Üzü çox gözəldir. Geyindiyi "reytuz" da xoş görünüş vermir".



 
"İlhamə Qasımovanın geyimi dəst olaraq gözəldir. Sadədir, dəblidir... Ayaqqabını kaş başqa cür seçərdi. Stiletto geyinsə zərif görünərdi. Hündürboy xanımdır, incə geyimlər seçsin. Saç düzümü də gözəldir".
 


"Lalə Əlimuxtarovanın bu geyimi çox uğursuzdur. Dekolte libas ona yaraşmadı. Makiyajında isə çox şişirdilmiş nüanslar var. Saçları havalı olsaydı, gözəl görünərdi. Parçanın üzərində rənglərin qarışıqlığı üz tonuna və saçına uyğun gəlmir".



"Oksana Rəsulovanın geyindiyi libas özünə yaraşır. Zərif xanımdır, cizgiləri gözəldir. Gərək daha zərif bir makiyaj edərdi. Saç düzümü yaxşıdır, amma makiyajla uyğunlaşmır".



"Aygün Kazımova son zamanlar gürcü dizaynerlərin geyimlərinə üstünlük verir. Buna görə də qeyri-adi görünür. Bu geyimində hərəkətlilik çoxdur. Əlcək, qolbaqlar var, üstəlik də üst geyimi parıltılıdır. Düzdür, bu parça bu il dəbdədir. Amma villur ayaqqabı uyğun gəlmir. Bu xanımın tərzini bəyənirəm".



"Sevda Yahyayeva bu geyimi ilə diqqət çəkmək istəyib. Sadə, gözəl, səliqəlidir. Bircə saç düzümünü bəyənmədim".