Kənan və Sinem Madonnaya qonşu olur

Kənan və Sinem Madonnaya qonşu olur
1472 dəfə oxunub
  • A-
  • A
  • A+
Sinem Kobal və Kənan İmirzalıoğlu cütlüyü bir neçə gündür ki, ABŞ-da tətildədirlər.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, onların Mayamidə ev alacağı deyilir. Cütlük "Ulduzlar adası" kimi bilinən "Miami Beach Star"da villaları gəzərək nəzərdən keçiriblər.

Kənan və Sinem orada ev alarsa Qloriya Estefan, Uill Smit, Xulio İqlesias, Madonna və Silvestr Stallone kimi məşhurlara qonşu olacaqlar.