Gülyanaq şikayət etdi: "Gülyaz mənə kömək etmir"

Gülyanaq şikayət etdi:  "Gülyaz mənə kömək etmir"
10679 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Gülyanaq Məmmədov “10-dan sonra” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni bacısı, xalq artisti Gülyaz Məmmədovanın ona iradlarından danılşıb:

“Məni ən çox bacım Gülyaz danlayır. Bəzən insan iradı qəbul etmir. Amma oturub fikirləşəndə ki, xeyrimə deyir, başlayırsan onlar haqda düşünməyə. Tənqidi hamı qəbul etmir, tərifə uyuruq. Gülyazdan yaxın mənə kim ola bilər ki? Bir dəfə danladı ki, məclisdə pis oxudun. Niyə coşmusan? Əvvəl narazı oldum. Gedib kasetə baxanda gördüm ki, pis oxumuşam. İstər geyimdə, istər həyat tərzində məsləhət verir. Danlayır ki, aparat al otağa qoy, uşağı ağlayanda biləsən. Amma özü gəlib mənə kömək etmir. Gəlib uşağı öpür, oyadır gedir".