"Səhnədə çılpaq görünməyin..." - Lalədən həmkarlarına irad

"Səhnədə çılpaq görünməyin..." -  Lalədən həmkarlarına irad
1383 dəfə oxunub
  • A-
  • A
  • A+

“Səhnədə qadın ifaçını çılpaqlığı ilə görməyin tərəfdarı deyiləm. Bu mənim üçün artıq maraqsızdır. Bir də insanın repertuarı buna imkan verməlidir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Lalə Məmmədova “10-dan sonra” verilişində deyib.

Müğənni “Çıx yollarıma” klipindəki hovuz səhnələrindən danışıb:

“Uzun illərdir üzgüçülüklə məşğul oluram. Ağlıma gəlməzdi ki, hovuzda klip çəkdirim. Amma mahnı bu səhnələri tələb edirdi. Bu cür kliplərin gündəmə təsiri var. Amma bunu gözəl şəkildə etmək üçün intellekt səviyyə lazımdır. Hovuz səhnələrindən o qədər danışdılarsa, dedim bilsəydim çoxdan belə klip çəkdirərdim. Estetik baxımdan burada heç kimin əsəblərinə toxunacaq durumda deyiləm. Orada hovuz səhnələrini də mədəni formada təqdim etmişəm".