Zaurdan Nahidənin obrazına irad: "Hansı ağılla o rola çəkildin?"

Zaurdan Nahidənin obrazına irad:  "Hansı ağılla o rola çəkildin?"
10776 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Nahidə Orucova “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aktrisa “Hoqqa” filmindəki obrazından danışıb.

Aparıcı Zaur Kamal aktrisaya gözləmədiyi sual ünvanlayıb.

O, aparıcının “Hoqqa”da sizi görüb şok oldum. Obrazının adını tamaşaçılara da de. Nə ağılla o rolda çəkilməyə razılıq verdin? Qamçıyla... Sözə qulaq asmayanı qamçılayırlar?” sözlərinə belə cavab verib:

“Obrazımın adını burada deməyəcəm. İstədim özümə sübut edim ki, aktrisayamsa, hər obrazı bacarmalıyam. Rolu elə oynamalıyam ki, özümü sübut edim. Orada əlimdə şallaq var idi. Filmdən sonra bir çox adamlar mənə dedi ki, şallaq lazım olanda səni çağıracağıq".

Qeyd edək ki, N.Orucova filmdə yüngül əxlaqlı qadın obrazını canlandırıb.