"Lider TV"də əyləncəli verilişlərin yayımı dayandırıldı

"Lider TV"də əyləncəli verilişlərin yayımı dayandırıldı
8369 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən beş hərbi qulluqçumuz şəhid olub.

Axşam.az-ın məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyi şəhid olan əsgərlərin adlarını açıqlayıb.

Şəhidimizin olması ilə bağlı "Lider" telekanalının efirində dəyişiklik edilib. Kanal musiqi-əyləncəli verilişlərin yayımını dayandırıb. Kanal çərşənbə axşamları təşkil etdiyi bayram konsertini də təxirə salıb.