Bakıda “Novruz sevincləri” adlı bayram şənlikləri keçiriləcək

Bakıda “Novruz sevincləri” adlı bayram şənlikləri keçiriləcək
883 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 18-19-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Novruz sevincləri” adlı bayram şənlikləri keçiriləcək.

Baş İdarədən Axşam.az-a bildirilib ki, şənlikdə Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və nağıl qəhrəmanlarının iştirakı ilə tamaşa nümayiş etdiriləcək. Həmçinin, uşaqları müxtəlif oyunlar, viktorinalar, digər sürpriz və hədiyyələr gözləyir.

Bayram şənliyində tanınmış müğənnilərin çıxışları və rəqslər də olacaq.