"Candoco" tamaşa nümayiş etdirəcək

"Candoco" tamaşa nümayiş etdirəcək
194 dəfə oxunub
  • A-
  • A
  • A+

Əlilliyi olan və olmayan rəqqaslardan ibarət "Candoco" rəqs ansamblının ikihissəli tamaşası keçiriləcək.

Axşam.az-ın məlumatına görə, tamaşa 7-8 mart tarixlərində, saat 19:00-da Azərbaycan Akademik Milli Dram Teatrında təqdim olunacaq. Layihə Mədəniyyət və Turizm Nazirliyi, Yarat Müasir İncəsənət Mərkəzi və Azərbaycan Dövlət Akademik Dram Teatrının dəstəyi ilə təşkil edilir.

"Candoco" incəsənət, estetika və bacarıq anlayışları ilə əlaqədar sərhədləri aşan və bu anlayışları genişləndirən mükəmməl və hərtərəfli təcrübələr formalaşdıran, əlilliyi olan və olmayan rəqqaslardan ibarət olan rəqs ansamblıdır.

Qrup “Beheld” (Bax) və “Set and Reset/Reset” (Qur və Yenidən qur) adlı iki tamaşa təqdim edəcək.