Novruz Qartalın 70 illik yubileyi qeyd olundu

Novruz Qartalın 70 illik yubileyi qeyd olundu
586 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbayan Dövlət Musiqili Teatrında əməkdar artist Novruz Qartalın 70 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Qurumun mətbuat katibi Samir Sədaqətoğlu Axşam.az-a bildirib ki, teatrın direktoru Əliqismət Lalayev mərasimi açıq elan edərək N.Qartalın həyat və yaradıcılığından söz açıb.

“Novruz Qartalın ən gözəl xüsusiyyətlərindən biri onun səmimiyyətidir. Peşəsinə, yaradıcılığına, ətrafına, insanlara qarşı olan bu cəhəti onun xarakterinin fərqliliyinin bariz nümunəsidir. Ömrünün böyük hissəsini səhnədə, tamaşaçılar qarşısında keçirmək, tamaşaçıların sevgisini qazanmaq hər bir sənətçinin xoşbəxtliyidir. Bu gün 70 yaşını qeyd etdiyimiz Novruz Qartal belə xoşbəxt insanlardan biridir. Ona can sağlığı və daim bu cür gümrah olmağı arzulayırıq” deyə, Ə.Lalayev çıxışında söyləyib.

Mədəniyyət və Turizm Nazirliyi adından nazir müavini cənab Ədalət Vəliyev Novruz Qartalı təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Novruz Əliyev (Qartal) 1947-ci ildə anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun "Musiqili komediya aktyorluğu” fakultəsini bitirib. 1972-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır.