Xatirə Sibel Canla toyda olacaq

Xatirə Sibel Canla toyda olacaq
2354 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatirə İslam türkiyəli ifaçı Sibel Canla görüşəcəyini bildirib.

Axşam.az-ın məlumatına görə, “Lider” telekanalında yayımlanan “Solo” verilişinə qonaq olan sənətçi Sibellə eyni toy məclisində iştirak edəcəyini deyib:

“Sibel Canı çox bəyənirəm. Onun bir mahnısını da repertuarıma daxil etmişəm. Gələn ay Sibel Canla eyni toy məclisində olacam”.

Tarkanın “Yolun açıq olsun” mahnısını səsləndirən Xatirə türk mahnısı oxuyan müğənniləri bəyənmir:
 
“Türk mahnısı oxuyan müğənnilərimizin ifasını bəyənmirəm. Gərək bəstəni oxuyanda onu milliləşdirməyəsən. Fikirləşməlidirlər ki, bunu elə oxumalıyam, ondan pis alınmasın. Tarkanın bu mahnısı məndə yaxşı alınıb”.