Kərimlə Elçin arasında qalmaqal

Kərimlə Elçin arasında qalmaqal
1224 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Kərim Abbasovun həmkarı Elçin Cəfərov haqqında dediyi sözlər hamını təəccübləndirib.

Axşam.az-ın məlumatına görə, “Lider” telekanalında yayımlanan “Solo” verilişində aparıcı Murad Arif ondan Elçinlə bağlı fikirlərini soruşub. Kərim isə “keçək başqa suala” deyə cavab verib.

Müğənninin bu hərəkəti aparıcını və Elçini çox təəccübləndirib. E.Cəfərov “Pərdə” verilişinə açıqlamasında həmkarı ilə arasında heç bir problem olmadığını bildirib:

“Mənim kimi sakit bir insana söz atmaq düzgün deyil. Təbii ki, söz atan cavabını da alacaq. Kərimlə aramda heç bir narazılıq yoxdur. Bilmirəm, nə məqsədlə belə edib. Amma bu hərəkəti heç xoşuma gəlmədi. Onu dinləyirəm, bir müğənni kimi məni narahat etmir. Əgər mən onu narahat edirəmsə, bu mənim problemim deyil. Hərə öz işi ilə məşğul olsa, daha yaxşıdır. Bunu deyirəm, sözümün də ağasıyam”.

Bu yaxınlarda 29 yaşı tamam olan Elçin gələn il mütləq evlənəcək:

“Yaşlanmaqdan qorxmuram, özümü 20 yaşındakı kimi hiss edirəm. Gələn il mütləq evlənəcəm. Qızı özüm seçəcəm, amma ailəmin də məsləhətini alacam. Bilirəm ki, valideynlərim məni istəmədiyim biri ilə evlənməyə məcbur etməz, çünki övladlarına güvənirlər”.