"Polislər İnstaqram fotolarıma baxandan sonra məni buraxdılar" - rus gözəl

"Polislər İnstaqram fotolarıma baxandan sonra məni buraxdılar" - rus gözəl
24757 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçmiş "Playboy" modeli, İnstaqramda fenomen olan rus gözəl Viktoriya Bonya Los-Ancelesdə casus kimi ittiham olunaraq saxlanılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Bonya "Mənə Rusiya prezidenti Vladimir Putinlə bağlı suallar verdilər. Ölkədən kənarlaşdırılacağımı düşündüm. Daha sonra KQB ilə bağlı suallar verdilər" deyib.

Bonya çantasında gizli videokameralar istehsal edən bir firmanın vizit kartı olduğu üçün saxlanıldığını bildirib. Polislər modeldən gizli təşkilatla bir əlaqəsinin olub-olmadığını soruşublar:

"Elə bildim zarafat edirlər. Üçüncü dəfə soruşanda vəziyyətin ciddi olduğunu anladım. Sosial media hesablarıma, İnsatqramdakı fotolarıma baxdıqdan sonra buraxdılar.