Günelin ad günüdür

Günelin ad günüdür
3959 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Azəri qızı Günel doğum gününü qeyd edir.

Axşam.az-ın məlumatına görə, hazırda Türkiyədə olan sənətçinin 28 yaşı tamam olub. Onu ilk təbrik edən isə ailəsi və nişanlısı olub. Günel ad günü ilə bağlı təəssüratlarını sosial şəbəkədə paylaşıb:

“Bu gün mənim doğum günümdür, 28 yaşım oldu. Hər yaşın ayrı gözəlliyi var, özümü hələ də 18 yaşındakı kimi hiss edirəm. Artıq yetişkin bir gənc qızam. İlk olaraq Allahıma şükür edirəm ki, damarımda musiqi dolu qan axır. Rəhman və Zöhrənin övladı olub, sevgi ilə doğulduğum, bacım Musinin və qardaşım Tunarın olduğu üçün şükür. İsti, sevgidolu bir ailəm olduğu üçün xoşbəxtəm. Məni çox sevən sevgilim İno (İnanc Başəyməz - red.) olduğuna şükür edirəm”.