Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi"

Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi"
500 dəfə oxunub
  • A-
  • A
  • A+
Akademik Milli Dram Teatrında martın 10-da görkəmli aktyor, xalq artisti Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi və ya sən həmişə mənimləsən” səhnə əsərinin ilk tamaşası təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, əvvəlcə 10 mart - Milli Teatr Günü münasibəti ilə tədbir təşkil olunacaq, Azərbaycan peşəkar teatrının keçdiyi yola nəzər salınacaq.

Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azərpaşa Nemətdir.

Tamaşada əsas rolları xalq artisti Ramiz Novruz, əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Rada Nəsibova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.

Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.

Qeyd edək ki, səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub.