Elton konsertini niyə təxirə salıb?

Elton konsertini niyə təxirə salıb?
1068 dəfə oxunub
  • A-
  • A
  • A+
Sentyabrda solo konsert verəcəyini deyən müğənni Eltonun son vaxtlar gündəmdən uzaq olmasının səbəbi müəyyənləşib.

Axşam.az-ın məlumatına görə, başı toy məclislərinə qarışan sənətçi yaradıcılığına ara verib. Bu haqda müxbirimizlə söhbətində müğənninin prodüseri Anar Mədətov məlumat verib:

“Son günlər Türkiyə, Rusiya və digər xarici ölkələrdən el şənliklərinə çox dəvətlər alırıq. Bütün günümüz məclisdə keçir. Buna görə də solo konserti təxirə saldıq. Məhərrəmlik ayında Elton yeni albomunu hazırlayacaq. Burada indiyədək heç yerdə səslənməyən mahnılar yer alacaq. Disk Azərbaycanda işıq üzü görəcək. Biz başqaları kimi xaricə üz tutmuruq. Özümüzün gözəl studiyalarımız var, bizi qane edir”.