"Mənim adımdan dostlarıma məktub yazırlar" - Ruhi

"Mənim adımdan dostlarıma məktub yazırlar" - Ruhi
1670 dəfə oxunub
  • A-
  • A
  • A+
"Özünə bax" layihəsinin rəhbəri Ruhi Əliyevanın adına "Facebook"da profil açılıb.

Axşam.az xəbər verir ki, Ruhi bu hesabın saxta olduğunu bildirib:

"Bunu kimin etdiyini bilmirəm, ancaq səhifə elə istifadə olunur ki, sanki özüm idarə edirəm. Xoşagəlməz məqam odur ki, daim mənim adımdan statuslar yazılır, şəkillərim paylaşılır, hətta “Özünə bax” layihəm və heç vaxt danışmadığım uşaqlarım haqda məlumatlar da yerləşdirilir. Məni ən çox narahat edən isə dostlarımın şəxsi məktub yerinə mənim adımdan yazılanlardır. Hər kəsə bildirmək istəyirəm ki, orada və ümumiyyətlə, heç bir sosial şəbəkədə qeydiyyatdan keçməmişəm. Hesabın tezliklə bağlanılmasını istəyirəm."

R. Əliyeva onu da bildirib ki, əgər gələcəkdə sosial şəbəkələrə qoşularsa, bunu heç kimdən gizlətməyəcək:

“Sosial şəbəkələreə aktiv olanlara heç bir etirazım yoxdur. Sadəcə, mənim maraq dairəmi əhatə etmir. Əgər özüm orada olsam, bunu niyə gizlədim ki?”.