Ramiz Novruz “Boy çiçəyi"ndə - fotolar

Ramiz Novruz “Boy çiçəyi"ndə -   fotolar
407 dəfə oxunub
  • A-
  • A
  • A+

Akademik Milli Dram Teatrında xalq artisti Ramiz Novruzun iştirakı ilə “Boy çiçəyi" səhnə əsərinin ilk tamaşası təqdim olunub.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru xalq artisti Azər Paşa Nemətdir.

Tamaşada əsas rolları xalq artisti Ramiz Novruz, əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Rada Nəsibova, Elnar Qarayev və Fəridə Əliyeva ifa edirlər.

Ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs olunan tamaşada cərəyan edən hadisələr bu günümüzlə səsləşir.

Səhnə əsərinin ilk nümayişi 2011-ci il noyabrın 2-də olub.