Şou-biznesin ən kövrək məşhurları

Şou-biznesin ən kövrək məşhurları
1939 dəfə oxunub
  • A-
  • A
  • A+
Şou-biznesin tanınmış simaları “Ən kövrək məşhur”u seçib.

Axşam.az-ın məlumatına görə, “Xəzər” telekanalında yayımlanan “Telemaqazin” verilişinin apardığı sorğu nəticəsində fərqli cavablar ortaya çıxıb.

Xalq artisti Flora Kərimova: "Özüm kövrəyəm, lakin çox ağlamıram. Efirdə nəsə görəndə qəhər məni boğur. Öz həyatımla bağlı iki dəfə ağlamışam."

Müğənni Elnarə: "Şou-biznesin ən kövrək məşhuru müğənni Samiradır. Çox həssas insandır. Onunla danışanda diqqətli olmaq lazımdır. Kövrəkliyini bürüzə vermir. Amma onun yaxın rəfiqəsi olduğum üçün mən bilirəm. Həyat bizi mətinləşdirir, ancaq arada kövrək olmaq da lazımdır."

Müğənni Niyam Səlami: "Şou-biznes aləmində heç kim kövrək deyil."

Əməkdar artist Nüşabə Ələsgərli: "Fikrimcə, ən kövrək müğənni Mətanət İsgəndərlidir."

Xalq artisti Səməd Səmədov: "Məncə, xalq artisti Rafiq Hüseynov və aparıcı Nərgiz Cəlilova ən kövrək tanınmışlardır."

Müğənni Xatirə İslam: "Ən kövrək məşhur mənəm. Belə sərt olmağıma baxmayın, çox ürəyiyumşaq insanam. Dalaşıram, əsəbiləşirəm, qışqırıram, amma tez də sakitləşirəm."

Müğənni Aysel Əlizadə: "Ən kövrək müğənni Röyadır."