Yazda dəriyə necə qulluq etməli? - Kosmetoloq Xariqədən xanımlara məsləhət

Yazda dəriyə necə qulluq etməli? -  Kosmetoloq Xariqədən xanımlara məsləhət
11185 dəfə oxunub
  • A-
  • A
  • A+
Mövsüm dəyişdikcə dəriyə qulluq üsulları da dəyişir. Eyni zamanda dəri daha çox diqqət tələb edir. Buna səbəb qan dövranının daha da güclənməsidir. Bu da dəriyə müxtəlif formada təsir edir.

Peşəkar kosmetoloq Xariqə Quliyeva yazda dəriyə qulluqdan, yarana biləcək problemlərdən bəhs edib.

Axşam.az X.Quliyeva ilə müsahibəni təqdim edir:

- Yazda xanımlar ən çox nələrdən şikayət edirlər?

- Yazda daha çox ləkədən və üzdəki quruluqdan şikayət olur. Qışda xanımlar bu problemləri unudurlar. Yazda qan dövranı güclənir. Bu zaman da ləkələr qabarıq görünür, üzə quruluq verir.

- Bunları necə aradan qaldırmaq mümkündür?

- Bunların qarşısını müxtəlif üsullarla almaq olur. Quruluq olanda əsasən dermal qatla işləmək lazımdır. Müxtəlif ineksion prosedurlar nəzərdə tutulur. Dəri dermal qatla nəmləndirilməlidir ki, epidermal qat bunun sayəsində canlansın. Təsəvvür edin ki, dibçəkdəki gülün dibinə su tökürsünüz və o canlanır. Amma yaş dəsmalla onun yarpaqlarını silsəniz, heç bir inkişaf görməyəcəksiniz. Ona görə də müalicəni dəri altından aparmağa başlayırıq.



"İNEKSİON PROSEDURLAR AGRISIZ OLUR"

- Xanımlarımızın çoxu iynə ilə olan prosedurlardan qorxur. Bunlar nə dərəcədə ağrılıdır?

- İneksion prosedurlar hazırda istifadə edilən və müsbət nəticə verən ən gözəl üsuldur. Burada istifadə olunan iynələr mikroskopikdir. Onlar dərinin dermal qatına çox kiçik yeridilir. Bu da ağrısız prosedurdur. Həm də dəri əvvəlcədən keyidilir. 

- İstifadə edilən preparatların tərkibində nələr olur?

- Bunlar dəri tipinə görə dəyişir. Tərkibində aminokislotlar, gialuron turşusu, peptit komplekslər yer alır. Eyni zamanda bunlarla yanaşı plazmaterapiya edilir. Plazmanı dərinin dermal qatına yeridirik. Bunu xırda kiçik iynələrlə edirik.

"ÜZƏ MÜTLƏQ KEYFİYYƏTLİ KREM ÇƏKİLMƏLİDİR"

- Yaz ərəfəsində xanımlara nə məsləhət görərdiniz?

- İlin dörd fəslində də dəriyə nəmləndirici kremlər çəkilməlidir. Yazda isə bundan daha çox istifadə olunmalıdır. Eyni zamanda krem mütlək SPF (günəşdən qoruyucu) tərkibli olmalıdır. Qış və payızda aşağı, yaz və yayda isə +50 faktorlu olması mütləqdir. Xanımlara məsləhət görərdim ki, üz üçün krem alanda simiclik etməsinlər. Bəzən mağazalarda bahalı bir brendin kremini 5-10 manata satırlar. Xaricdən həmin kremi 50 avroya alırıq. Bu cür kremi necə üzə çəkmək olar? İldə bir krem alın, amma keyfiyyətlisinə üstünlük verin.

- Hər zaman kosmetologiyada botoks deyilən prosedur yer alıb. Bu prosedurdan bəziləri qorxur, bəziləri onun ziyanlı olduğunu deyir. Bir çoxları isə botoksla dodaqlara vurulan dolğunu qarışdırır...

- Botoks ən sevdiyim prosedurdur. Eyni zamanda da ən çox istifadə etdiyimdir. Qırışı nə masaj, nə maskalar, nə mezoterapiya apara bilməz. Bunlar qırışları yalnız azaldır. Azərbaycanda isə kosmetoloqa gələn elə ilk addımdan qırışdan xilas olmaq istəyir. Bu halda ən yaxşı variant botoksdur. Botoksdan qorxmaq lazım deyil. Onun tərkibində zəiflədilmiş botilinum toksin çöpləri var. Biz də qırış olan hissəyə mikroskopik miqdarda bu maddədən yeridirik. 7-10 gündən sonra müsbət nəticə görünür. Qalma müddəti isə 3-6 aydır. Heç bir mənfi təsiri olmur.


 
"QIRIŞLARI TEZ BİR ZAMANDA TƏMİZLƏMƏK ÜÇÜN..."

- Bəzən deyirlər ki, botoks insanı iflic edir...

- Botilinum toksin çöpləri qırış olan hissəni ifliç edir. İnsanı ifliç etmək üçün gərək bu preparatdan 40 flakon istifadə edəsən. Bir ömür bu qədər botoks istifadə etməyə yetməz.

Çox vaxt gellə botoksu səhv salırlar. Bəzən gəlirlər ki, dodağıma botoks vurmuşdular. Botoks dolğu deyil. Botoksla ancaq qırış olan hissəni hamarlayırlar. Dolğunu dodağa, gicgaha vurmaq lazımdır. Xanımlara məsləhət görürəm ki, prosedura gəlməzdən əvvəl internetdə ətraflı məlumat alsınlar. Onda qarşındakının sənə doğru məlumat verib, vermədiyini də başa düşəcəksən.

- Kosmetoloji prosedurlar neçə yaşdan sonra tətbiq edilir?

- Hansı yaşda ehtiyac varsa, onda da edirik. Əlbəttə, 18 yaşında birinə botoks və ineksion prosedur olmaz. Bəzən xanımlar gəlir, üzü bütün aknelərlə dolu olur. Həmin insanlara ilk növbədə akne müalicəsi edilməlidir.

- Yazda hansı prosedurlar etmək qadağandır?

- Yazda pilinq prosedurlar tətbiq etmək olmaz. Qidalandırmaq, baxım, nəmləndirmə mütləqdir.



- İnsanlar çox vaxt efirdə tanınmışların üzlərində, dodaqlarında olan uğursuz prosedurları görür və kosmetoloqa gəlməkdən çəkinirlər?

- Belə hallarla çox qarşılaşırıq. Bir kosmetoloqa getməzdən əvvəl həkimi araşdırmaq, peşəkarlığına bələd olmaq lazımdır. Bu yaxınlarda bir tanınmış xanım müraciət edib. Problemli üz dərisinə pilinq ediblər, üstündən nəmləndirici krem məsləhət görülüb. Həmin xanım bizim yanımıza elə bir halda gəlmişdi ki... Burada ilk növbədə aknelər qurudulmalı idi.



- Ev şəraitində edilən maskalar nə dərəcədə düzgündür?

- Bunu çox da düzgün hesab etmirəm. Dəri növləri müxtəlifdir. Hər bir dərinin özünə uyğun maskası olmalıdır. Bəzən xanımlar efirdə bir maska eşidir, evdə bu ərzaqlar varsa, hazırlayıb üzünə çəkir. Maksanı üzə yaxmazdan əvvəl boyuna qoymaq, yoxlamaq lazımdır. Əgər qızartı, göynəmə, qaşınma yoxdursa, üzə vura bilərsiniz.

- Dəridə yaranan kiçik çapıqları aradan qaldırmaq mümkündür?

- Hansısa bir yara nəticəsində əmələ gələn çapığı heç kim tamamilə yox edə bilməz. Məsamələr yağlı dərilərdə olur. Bu zaman leykositlər sağlam toxumaları yeyir və çökəklər əmələ gətirir. Bunu bərpa etmək mümkündür. Amma bu prosedur martın 15-nə qədər edilməlidir.

- Son günlər çox istifadə olunan plazma terapeya nədir?

- Dərini şəffaflandırır, ləkələri aradan qaldırır. Bir çox müsbət cəhətləri var. Dəriyə cavanlıq gətirir.

- "Çiska" deyilən və çox istifadə olunan bu prosedur üz üçün nə dərəcədə xeyirlidir?

- "Çiska" dərinin təmizlənməsi deməkdir. Gündəlik istifadə etdiyimiz makiyaj vasitələri dərinin dərin qatlarına gedir. Onları mütləq təmizləmək lazımdır. Yağlı dəridə iki aydan bir, normal dəridə isə ildə iki-üç dəfə "çiska" edilməlidir.

Tel.: (012) 555 31 03

Mob.: (050) 303 02 09
 
WhatsApp: (055) 303 02 09

İş saatları: 10:00-dan 18:00-a kimi 

Ünvan: N.Nərimanov metrosunun yaxınlığı ("Life Centre"in binası)