Sənubər İsgəndərlidən özəl fotosessiya - ad günündə

Sənubər İsgəndərlidən özəl fotosessiya - ad günündə
5144 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən əməkdar artist Sənubər İsgəndərli ad gününü qeyd edib. 

Axşam.az-ın məlumatına görə, aktrisa doğum gününü təntənəli şəkildə qeyd etməyib. Özəl günü ilə bağlı danışan S.İsgəndərli çox sayda təbrik aldığını deyib:

“Bu, məni duyğulandırdı. Ad günü keçirməyi sevmirəm. Həmişəki kimi yalnız yaxın dostlarım və ailəmin əhatəsində oldum”.

Əməkdar artist doğum günündə fotoqraf Rəşad Abbasovun obyektivi qarşısına keçərək maraqlı pozlar verib.

Xatırladaq ki, Sənubər İsgəndərli 25 oktyabr 1960-cı ildə Bakı şəhərində anadan olub.1997-ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında çalışan aktrisa teatrın səhnəsində bir sıra unudulmaz obrazlar canlandırıb.

O, "Qurbanəli bəy" (Xanım), "Yaşıl eynəkli adam" (Jalə), "Şirin çay"(Aktrisa),"Bəyaz gecələr" (Nastya), "Qu quşunun məhəbbəti" (Gülər) teletamaşalarına və "Kişi sözü" (Solmaz), "Şahid qız" (Rəna), "Fəryad" (İsmayılın arvadı), "Təsədüfi görüş" (Tamara xanım), "Leyli və Məcnun"( Leylinin anası) filmlərində rol alıb.

Axşam.az saytının kollektivi ad günü münasibətilə əməkdar artisti təbrik edir, ona gələcək işlərində uğurlar arzulayır.