“İl Tabarro” Opera və Balet Teatrında

“İl Tabarro” Opera və Balet Teatrında
116 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında aprelin 8-də C.Puççininin operalarından biri olan “İl Tabarro” (“Plaş”) operasının tamaşası keçiriləcək.

Bu barədə Axşam.az-a teatrın mətbuat xidmətindən məlumat verilib.

Bu operanın ilk tamaşası 1918-ci il dekabrın 14-də Nyu-Yorkda məşhur Metropoliten-Operada baş tutub və tamaşa o zaman çox böyük uğur qazanıb. Həmin vaxtdan bir əsrə yaxın müddət keçməsinə baxmayaraq “İl Tabarro” bu gün də dünyanın qabaqcıl opera və balet teatrlarının repertuarını bəzəyir və tamaşaçılar tərəfindən çox sevilir.

Azərbaycan Opera və Balet Teatrında "İl Tabarro" ilk dəfə 2014-cü ildə Almaniyalı sənətkarlar - rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrok tərəfindən səhnəyə qoyulub. Üç ildən bəri repertuarda olan operanın növbəti tamaşasının uğurlu olacağı gözlənilir. Belə ki, tamaşanı idarə etmək üçün məhz almaniyalı dirijor - Qut-İmmlinq opera sənəti festivalının bədii rəhbəri Korneliya fon Kerssenbrok dəvət olunmuş, əsas rollarda isə teatrımızın aparıcı solistləri - Əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Cahangir Qurbanov, solistlərdən Əliəhməd İbrahimov, Tural Ağasıyev, Nina Makarova, Tələt Hüseynov çıxış edəcəklər.