Gənc Tamaşaçılar Teatrının bayram repertuarı

Gənc Tamaşaçılar Teatrının bayram repertuarı
1035 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Novruz bayramı ərəfəsində uşaqlar üçün nəzərdə tutulan repertuarını təqdim edir:

18 mart - “Tıq-tıq xanım”

19 mart - “Qoğalın nağılı”

21 mart - “Uzuncorab Pippi”

22 mart - “Çirkin ördək balası”

23 mart - “Aycan”

25 mart - “Buratinonun macəraları”

26 mart - “Balaca və damda yaşayan Karlson”

Tamaşalardan əvvəl Novruzun əsas personajları – Kosa və Keçəl tamaşaçıları Novruz haqqında şeirlər, mahnılarla salamlayacaqlar. Daha sonra isə tamaşalar nümayiş olunacaq.

Tamaşalar mart ayının 18-dən – 25-dək saat 12.00, 14.00 və 16.00-da nümayiş olunacaq.

Biletləri şəhərimizin bütün mərkəzləşdirilmiş kassalarından, “Asan” xidmət mərkəzlərindən, eləcə də Dövlət Gənc Tamaşaçılar Teatrının kassalarından əldə edə bilərsiniz.