"Niyə?"nin qalasına kimlər gəldi? - fotolar

"Niyə?"nin qalasına kimlər gəldi? -  fotolar
3403 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyorlar Fərda Xudaverdiyev və Müşviq Şahverdiyevin rol aldığı “Niyə?” filminin qala gecəsi baş tutub.

Axşam.az-ın məlumatına görə, komediya janrında olan film “Xəzər Media Centər”in dəstəyi ilə ərsəyə gəlib.

“Park Cinema Flame Towers”də baş tutan tədbirə sənət aləminin tanınmış simaları, aparıcılar qatılıblar.

Baş rol ifaçıları F.Xudaverdiyev və M.Şahverdiyev media nümayəndələrinin suallarını cavablandırıblar. Aktyorlar bildiriblər ki, filmin tamaşaçılar tərəfindən bəyəniləcəyinə inanırlar. Fərda və Müşviq bu ekran işində 10 il fasilədən sonra yenidən bir araya gəldiklərini deyiblər.

Ekran işinin baş prodüseri Coşqun Vəliyev, ssenarini müəllifi Fərda Xudaverdiyev, quruluşçu rejissoru Ruslan Hüseynov, rejissoru Anar Almazovdur.

Foto: Ramin ASLANOV