“Zerin Özerlə mesajlaşırıq” - Samir Piriyev

“Zerin Özerlə mesajlaşırıq” -  Samir Piriyev
1175 dəfə oxunub
  • A-
  • A
  • A+

“Artıq insanlar da başqa şey istəyirlər. Boş-boş çıxıb özünü göstərmək lazım deyil. Adətən əvvəllər yeni mahnı olanda təqdimat edirdim. İndi onu da etmirəm. Ayda 1-2 mahnı oxuyuram, onu da səhifəmizdə paylaşırıq. Bəyənən bəyənəcək, bəyənməyənin də ki, Allah canına sağlıq versin”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Samir Piriyev “Şou-məkan” proqramında qonaq olarkən deyib.

İfaçı xalq artisti Brilliant Dadaşova ilə duet oxuduğunu söyləyib:

“Bu duet yalnız sənət baxımından yox, həm də bazar iqtisadiyyatı düşünülərək hazırlanıb. Çox gözəl və effektli bir iş olmalıdır”.

S.Piriyev Novruz bayramında Moskvada konsert verəcəyini bildirib:

“Moskvadakı həmvətlərimiz üçün nəzərdə tutulub. Mənə zəng etdilər ki, sorğu keçirdik və sizin konsert verməyinizi qərarlaşdırdıq. Belə konsertləri böyütməyin mənası yoxdur. Müğənnisənsə konsert vermək sənin borcundur. Mən hər şeyi öz vicdanımla sorğu-sual edən adamam. Vicdanla sorğu-sual olanda mən özümə əziyyət verməmək üçün həqiqəti söyləyirəm”.

S.Piriyev bildirib ki, bir vaxtlar yaxın dost olduğu türkiyəli ifaçı Zerrin Özerlə hələ də mesajlaşır:

“Onun həyatı başqalarından fərqlidir. O, rejimsiz bir həyat sürdüyü üçün təzyiqi, şəkəri var. Ara sıra mesajlaşırıq. Ancaq əvvəlki kimi münasibət yoxdur. Hərənin başı özünə qarışıb. Yalandan deyim ki, gündə bir-birimizlə danışrıq?

Bizim şou-biznesdə də kimlərinsə kiminləsə ədavəti ola bilər. Ancaq mən yeganə insanam ki, heç kimlə problemim yoxdur. Kimsə problem yaratmaq istəyirsə, mən o ocağa su tökən biriyəm. Səhv edəndə üzr istəməyi bacaran adamam. Kimsə mənə pislik edirsə, üzümü çevirib gedirəm”.