Hökumət evlilik proqramlarını bağlayır: "Lazım deyil o reytinq"

Hökumət evlilik proqramlarını bağlayır: "Lazım deyil o reytinq"
9221 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin baş nazir köməkçisi Numan Kurtulmuş evlilik proqramlarının tamamilə yayımdan qaldırılması ilə bağlı son nöqtəyə gəlindiyini deyib.

Axşam.az-ın "Sözcü"yə istinadən məlumatına görə, o, "bu şikayətlər bizə, prezidentə gəlir. Hazırda üzərində işləyirik. Qərarın ümumi tələbləri qarşılayacağına ümid edirik" deyib.

N.Kurtulmuş bu proqramların adət-ənənəyə, inanclara və mədəniyyətə zidd olduğunu, türk ailəsinə yaraşmadığını bildirib:

"...Deyirlər, reytinqi yüksəkdir. Lazım deyil o reytinqlər. Ailə institunu məhv edirlər, ailə məhrəmiyyətini, sirrini dağıdırlar. Çox əcaib proqramlardır. Qarşıdakı müddətdə böyük ehtimalla verilişlərin bağlanması üçün qərar qəbul ediləcək".