İllərdir küsülü olan Aygün, Röya və Natavan eyni məkanda - fotolar

İllərdir küsülü olan Aygün, Röya və Natavan eyni məkanda -  fotolar
9461 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün “Niyə?” filminin qala gecəsi baş tutub.

Axşam.az-ın məlumatına görə, gecəyə sənət aləminin tanınmış simaları qatılıb. Onlar arasında illərdir küsülü olan xalq artisti Aygün Kazımova, əməkdar artist Röya Ayxan və müğənni Natavan Həbibi də yer alıblar.

Əvvəlcə media nümayəndələrinin suallarını cavablandıran ifaçılar daha sonra zala keçərək, ayrı-ayrı yerlərdə əyləşib film izləyiblər.

Uzun illərdir A.Kazımova və R.Ayxan küsülüdür. Bir ara barışan ifaçılar toy mərasimlərinin birində bir-birinə badə ataraq, yenidən qalmaqal yaşamışdılar.

A.Kazımova eyni zamanda N.Həbibi ilə də küsülüdür. İfaçılar arasındakı qalmaqal hətta məhkəməyə qədər gedib çatıb. Bir müddət əvvəl isə N.Həbibi barışıq addımı atmış, A.Kazımova bu jesti müsbət qarşılamışdı. İfaçılar açıqlamalarında barışdıqlarını desələr də, heç vaxt yan-yana gəlməyiblər. Qalada da müğənnilər yan-yana gəlməməyə çalışıblar.

R.Ayxanla N.Həbibi də uzun müddətdir danışmır. “W-trio” qrupunun keçmiş üzvləri açıqlamalarında bir-birinin ünvanına tənqidlər yağdırıb. R.Ayxan həmkarlarına “Bir vaxtlar mənə “çuşka” deyirdilər. İndi onlara baxın, mənə baxın. Hamısından yaxşı yerdəyəm” sözlərini demişdi. N.Həbibi isə “İndi də ona “çuşka” deyirik” cavabını vermişdi.

Foto: Ramin ASLANOV