Habil Əliyevin 90 illik yubileyi keçirilib - fotolar

Habil Əliyevin 90 illik yubileyi keçirilib -  fotolar
358 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən xalq artisti Habil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Axşam.az-ın məlumatına görə, Ə.Bədəlbəyli adına 11 illik 23 nömrəli Uşaq Musiqi Məktəbində təşkil olunmuş tədbirdə xalq artistləri Canəli Əkbərov, Fəxrəddin Dadaşov, əməkdar incəsənət xadimi Arif Əsədullayev, İdarənin baş məsləhətçisi Mehriban Qurbanova, uşaq musiqi məktəblərinin direktorları və başqa qonaqlar iştirak ediblər.

Ölməz sənətkar Habil Əliyevin həyat və yaradıcılığına əks edilən video çarx nümayiş olunub. Məktəbin xanəndə şöbəsinin müəllim və şagirdləri kaman ustasının ifa etdiyi muğamları və onun bəstələdiyi mahnıları səsləndiriblər.

Sonda sənətkarın qızı Vəfa Əliyeva çıxış edərək tamaşaçılarla atasıyla bağlı xatirələrini  bölüşüb və ailəsi adınan tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.