"Kök olduğum üçün sevdiyim oğlanlar məni tərk edirdi"

"Kök olduğum üçün sevdiyim oğlanlar məni tərk edirdi"
30537 dəfə oxunub
  • A-
  • A
  • A+
Kök model Eşli Qrem jurnallardan birinə səmimi müsahibə verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, model bir zamanlar kök olduğu üçün əziyyət çəkdiyini bildirib:

“Düzdür, digər kök insanlar kimi mən də tənqid olunmuşam, əzab çəkmişəm. Sevdiyim oğlanlar məni tez tərk edirdilər. Onlar qorxurdular ki, mən bundan da çox kökələrəm.

Bəzən səhər ayılanda düşünürəm ki, dünyaya məndən kök başqa biri yoxdur. Sonra güzgünün qarşısına keçir və özümə gözəl olduğu deyərək təsəlli tapıram”.

Eşli sellulitin olduğunu və buna görə utanmadığını da söyləyib:

“Bəli, mənim sellulitim də var. Bundan utanmıram. Hətta, ombalarıma tez-tez “Sizi sevirəm” deyirəm".