Ramiz Əzizbəyli xanımı və nəvəsi ilə efirdə - fotolar

Ramiz Əzizbəyli xanımı və nəvəsi ilə efirdə -  fotolar
4328 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Ramiz Əzizbəyli “10-dan sonra” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aktyor efirə həyat yoldaşı Zümrüd xanımla, nəvəsi Məryəmlə birlikdə qatılıb.

R.Əzizbəyli sənətindən, xanımından danışıb:

“60 ildir sənət aləmindəyəm. Çox dəcəl uşaq olmuşam. Hətta məktəbdə cibimdən ilan da çıxarıblar. İdmançı olmuşam, bir çox idman növü ilə məşğul idim. Nodar Şaşıqoğluna heyran idim. Biz qaçsaq da o sənətkarlara çata bilmərik.

İndi həyatımın ikinci məhəbbətini yaşayıram. Ona yenidən vurulmuşam, sevirəm onu”.

Aktyorun xanımı onun kaprizlərindən danışıb:

“İndi də çox kaprizləri var”.
 
Qeyd edək ki, R.Əzizbəyli üç ildir ifliçdən əziyyət çəkir. Aktyor uzun müddətdir heç bir canlı efirə qatılnırdı.