Nazir kinorejissora medal təqdim edib - fotolar

Nazir kinorejissora medal təqdim edib - fotolar
371 dəfə oxunub
  • A-
  • A
  • A+

Kinorejissor Elçin Musaoğluya “Əməkdar İncəsənət Xadimi” fəxri adının medalı və vəsiqəsi təqdim edilib.

Axşam.az-ın məlumatına görə, prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən “Əməkdar İncəsənət Xadimi” adına layiq görülən Elçin Musaoğlunun fəxri ad vəsiqəsi və medalı martın 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən rejissora təqdim edilib.

Elçin Musaoğlunu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayan nazir ölkəmizdə mədəniyyət və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söhbət açıb, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini söyləyib. Ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan Əbülfəz Qarayev bu ənənənin hazırda İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.

Sonda Elçin Musaoğlu yaradıcılığına verilən yüksək qiymətə görə prezidentə minnətdarlığını bildirib.