Dənizkənarı Milli Parkda atəşfəşanlıq olub

Dənizkənarı Milli Parkda atəşfəşanlıq olub
816 dəfə oxunub
  • A-
  • A
  • A+

Təbiətin oyanması, həyatın canlanması, ruzi-bərəkət rəmzi olan Novruzun Azərbaycana gəlişi münasibətilə ümumxalq şənliyi və bayram gəzintisi Dənizkənarı Milli Parkda təşkil olunan konsert proqramı ilə davam edib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, parkda qurulmuş səyyar səhnənin qarşısında toplaşmış şəhər sakinləri və paytaxtımızın qonaqları tanınmış incəsənət ustalarının ifasında mahnılar dinləyib, rəngarəng rəqslərə maraqla tamaşa ediblər.

Bakı Şəhər İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin təşkil etdiyi bayram şənliyi atəşfəşanlıqla yekunlaşıb.