Türk qız "Haydi söyle" ilə İsraildə birinci oldu - video

Türk qız "Haydi söyle" ilə İsraildə birinci oldu - video
24740 dəfə oxunub
  • A-
  • A
  • A+

"Voice" yarışmasının İsrail versiyasının qalibi türk əsilli Sapir Saban olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İsrail vətəndaşı olan Sapir finalda "Haydi söyle" mahnısını oxuyub.

Əvvəlki çıxışları ilə də böyük fanat kütləsi toplayan gənc qız sonda yarışmanın qalibi olub.

Qeyd edək ki, yarışmanın münsiflər heyətində türk əsilli Slomi Şabat, Avib Qefen, Avraham Tal və Miri Mesika yer alıb.