ABŞ prezidenti Donald Trampın böyük ailəsində daha bir körpə doğulacaq.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, prezidentin 33 yaşlı oğlu Erik ilk dəfə ata olacaq. Onun xanımı Lara sentyabrda övladını dünyaya gətirəcək. Erik jurnalistlərə açıqlamasında ata olacağı xəbərini ad günündə eşitdiyini bildirib. O, doğulacaq oğluna hələ ad seçmədiyini deyib.
 
Erik "Bizim Çarli adından çox xoşumuz gəlir, amma artıq o adı itimizə qoymuşuq" deyə jurnalistlərlə zarafat da edib.

Qeyd edək ki, bu, D.Trampın 9-cu nəvəsi olacaq. Erikin doğma bacısı İvankanın 3, qardaşı Donaldın isə 5 övladı var.