Novruz bayramında Qaxa qar yağdı - fotolar

Novruz bayramında Qaxa qar yağdı - fotolar
784 dəfə oxunub
  • A-
  • A
  • A+

Bugün səhər saatlarından başlayaraq Qax rayonunun bir sıra dağlıq kəndlərinə qar yağmağa başlayıb.

Axşam.az-ın "Report"a istinadən məlumatına görə, rayonun İlisu, Sarıbaş və Ağçay kəndlərinin bəzi əraziləri ağ örpəyə bürünüb.

Kənd sakinləri bildirib ki, martda qarın yağması müşahidə olunmayıb. Ərazilərdə temperatur aşağı düşüb.

Qeyd edək ki, hazırda qarın yağması davam edir. İlisu və Ağçay kəndlərində qarın qalınlığı 5 santimetr, Sarıbaş kəndinin bəzi ərazilərində isə 6-7 santimetrdir.