Bakıda "TRT Avaz"ın 8 yaşı qeyd edildi - fotolar

Bakıda "TRT Avaz"ın 8 yaşı qeyd edildi - fotolar
2705 dəfə oxunub
  • A-
  • A
  • A+

“TRT Avaz” telekanalının yaradılmasının səkkizinci ildönümü və Novruz bayramı münasibətilə tədbir keçirilib.

Axşam.az-ın məlumatına görə, mərasim Heydər Əliyev Mərkəzində baş tutub. Tədbiri 26 ölkə və 15 muxtar respublika olmaqla, 300 milyon tamaşaçı canlı izləyib.

Gecədə ilk olaraq “Natiq” ritm qrupu səhnəyə çıxıb və şou nümayiş etdirib. Tədbirdə türk dünyasının birliyinə, eləcə də “TRT Avaz”ın efir fəaliyyətinin səkkiz illiyinə həsr edilmiş film nümayiş olunub.

Bayram tədbirinin maraqlı məqamlarından biri də türk dünyasının Nizami, Yunus Əmrə, Nəsimi, Füzuli, Natəvan, Şəhriyar kimi söz ustadlarının şeirləri əsasında təqdim edilən ədəbi-bədii kompozisiya olub. Səhnəciklərdə aktyor kimi çıxış edənlər arasında aparıcı Zaur Nəbioğlu da yer alıb.

Bayram konsertində “Qarabağ şikəstəsi” qrupu, xalq artistləri Azərin və Alim Qasımov, türkiyəli müğənni Emre Aydın və digər sənətçilər çıxış ediblər.

Bəstəkar Gövhər Həsənzadənin quruluş verdiyi bayram tədbirinin təşkilatçılığını Zamiq Yunisov edib. Tədbirin aparıcılığı Nanə Ağamalıyeva və Həsən Urgançıya həvalə olunub.

"Tədbir "Z company 2007" və TRT-nin birgə əməkdaşlığı ilə baş tutdu. Səhnədə bir çox ifaçılar çıxış edib. Konsert bir çox ölkədə canlı yayımlandı. Hədəfimiz 300 min tamaşaçı toplamaq idi" deyə, Z.Yunisov bildirib.

Gecənin qonaqları arasında iş, siyasət və sənət aləminin tanınmış simaları yer alıblar.

Foto: Ramin ASLANOV