Qocalar evində qalan aktrisa yıxılıb öldü - foto

Qocalar evində qalan aktrisa yıxılıb öldü - foto
7688 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk kinosunun 1950-ci illərdə məşhur olan ulduzu Nimet Alp vəfat edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Yeşilçam"ın aktrisası və rəqqasəsi 88 yaşında qaldığı qocalar evində dünyasını dəyişib.

İddiaya görə, o, dünən gecə saatlarında yatağından yıxılaraq ölüb. Xəstəxanaya aparılan sənətçi yolda vəfat edib. Onun ölümü ilə bağlı araşdırma başlanılıb.

Qeyd edək ki, N.Alp "Gecekondu Yosması" filmi ilə məşhurlaşdıqdan sonra "Yetim yavrular", "Çalsın sazlar, oynasın kızlar", "Öp babanın elini" kimi filmlərdə aktrisalıq və rəqqasəlik edib. O, Zeki Müren,  Fikret Hakan,  Eşref Kolçak, Adile Naşit kimi məşhurlarla eyni filmdə rol alıb.