Məşhur animasiya filmi oğurluq çıxdı - foto

Məşhur animasiya filmi oğurluq çıxdı - foto
5672 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu il "Oskar"a namizəd olan "Zootopia" anmiasiya filmi plaqiatlıq ittihamı ilə üzləşib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Disney"in çəkdiyi ekran işinin oğurluq olmasını isə ssenari müəllifi Qeri Qoldmen iddia edir.

O, filmin ssenarisinin, obrazlarının və adının onun yazdığı, lakin ekranlaşdıra bilmədiyi layihədən götürüldüyünü deyib. Qoldmen 2000 və 2009-cu illərdə layihəsini "Walt Disney Company"yə təqdim etsə də, rədd cavabı alıb.

"Disney"in rəsmi nümayəndəsi isə bu ittihamları Q.Qoldmenin qısqanclığı adlandırıb.