Ayan İstanbulda konsert verdi - video

Ayan İstanbulda konsert verdi -  video
2125 dəfə oxunub
  • A-
  • A
  • A+
Uzun müddətdir Türkiyədə yaşayan müğənni Ayan Babakişiyeva İstanbulda konsert verib.

Axşam.az-a açıqlama verən ifaçı bildirib ki, Novruz bayramı ilə bağlı təşkil olunan gecə ürəyincə olub:

"Azərbaycanlılar üçün konsert təşkil olunmuşdu. Gecədə dinləyicilər arasında türklər də var idi. Novruz konsertimiz otellərdən birində baş tutdu. Öz repertuarımdakı bəstələrlə yanaşı xalq mahnılarımızı da oxudum. Musiqiçilərimiz də Azərbaycandan idi, çox gözəl konsert alındı. Özümü heç də qürbətdə hiss etmədim. Elə hiss etdim ki, Azərbaycandayam. Çox razı qaldım, çünki səhnədə idim".