Muğam ifaçıları Cenevrədə Novruz şənliyində - fotolar

Muğam ifaçıları Cenevrədə Novruz şənliyində -  fotolar
679 dəfə oxunub
  • A-
  • A
  • A+

BMT-nin Cenevrədəki Bölməsinin yerləşdiyi Millətlər Sarayında Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib.

Axşam.az xəbər verir ki, tədbir Azərbaycan, Albaniya, Əfqanıstan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın daimi nümayəndəliklərinin və BMT Bölməsinin birgə təşkilatçılığı ilə baş tutub.

Açılış mərasimində BMT-nin Cenevrə Bölməsinin baş direktoru Maykl Möller çıxış edib.

Tədbirdə xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında əməkdar artist Elçin Həşimov (tar), əməkdar artist Elnur Əhmədov (kamança) və Siyavuş Kərimovdan (nağara) ibarət “Qarabağ” ansamblı musiqi proqramı ilə çıxış edib. Musiqiçilərin ifasında səsləndirilən Azərbaycan xalq mahnıları və muğamlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.