Dəniz kənarında konsert keçirildi - fotolar

Dəniz kənarında konsert keçirildi -  fotolar
1932 dəfə oxunub
  • A-
  • A
  • A+

Dənizkənarı Milli Parkda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının başlamasına 50 gün qalması münasibətilə tədbir təşkil edilib.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, “Grassroots” proqramı çərçivəsində keçirilən tədbirdə “Bakı-2017”nin rəsmi tərəfdaş və dəstəkçiləri xüsusi stendlərlə təmsil olunublar.

“Bakı-2017”nin idmançı səfirləri güləşçi Rəsul Çunayev, boksçular Kamran Şahsuvarlı, Leyla Cavadova, Aynur Rzayeva, yarışın ulduz səfirləri Hacı Nuran Hüseynov, aktyorlar Rəfael Ağayev və Coşqun Rəhimov hamını yarışlara dəvət edib, idmançılarımıza azarkeşlik etməyə səsləyiblər.

Sonra ölkəmizdə ilk dəfə 500 nəfərin iştirakı ilə kütləvi şəkildə idman hərəkətləri yerinə yetirilib.

IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva “Bakı-2017”nin könüllülərinə həsr etdiyi “Salam Bakı” könüllülərin himnini ilk dəfə ifa edib. İfa zamanı müğənnini istedadlı könüllülər də müşayiət ediblər.

Sonda lotereya təşkil olunub və qaliblərə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına biletlər təqdim olunub.