Evlilik verilişlərinin aqibəti necə olacaq? - telekanal rəhbərləri bir araya gəldi

Evlilik verilişlərinin aqibəti necə olacaq? -  telekanal rəhbərləri bir araya gəldi
3988 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Radio və Televiziya Şurasının sədri İlhan Yerlikaya evlilik proqramlarının yayımlandığı kanalların baş redaktorları ilə görüş keçirib.

Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Kanal D"nin rəhbəri Barış Tümay, "Show TV"dən Suavi Doğan, "ATV"dən Metin Ergen, "Star TV"dən Ömer Özgüner, "Flash TV"dən Şenay Şenol bir araya gəliblər.

Görüşmədə evlilik proqramlarının gələcək taleyi müzakirə edilib. İlhan Yerlikaya evlilik proqramlarından minlərcə şikayət edildiyini qeyd edib. O, şikayətlərin 136 min 290-nı keçdiyini deyib və evlilik proqramlarının gələcək nöqteyi-nəzərdən topluma zərər verdiyini açıqlayıb.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə evlilik proqramlarının bağlanacağı iddia edilmişdi.