Hamilə Beyonsdan xeyirxah əməl - video

Hamilə Beyonsdan xeyirxah əməl - video
3028 dəfə oxunub
  • A-
  • A
  • A+
Əkiz uşaqlara hamilə Beyons azyaşlı fanatlarından birinin arzusunu yerinə yetirib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ifaçı xərçəng xəstəliyindən əziyyət çəkən Eboni Benksla telefon vasitəsilə canlı ünsiyyət qurub.

Xəstəxanalardan birində müalicə alan məktəbli sənətçi ilə söhbətləşdikdən sonra həyata baxış bucağının dəyişdiyini deyib. O bildirib ki, bundan sonra daha güclü olacaq və xəstəliyi ilə mübarizə aparacaq.

Qeyd edək ki, Ebonin Beyonsun fanatı olması və onu görmək arzusunu sinif yoldaşları sosial şəbəkələr vasitəsilə yayıblar. Bundan xəbər tutan müğənni xəstə ilə görüşməyə dərhal razılıq verib.