"Haqsızlıqlarla üzləşdim" - Türkan Şoray

"Haqsızlıqlarla üzləşdim" - Türkan Şoray
3337 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Türkan Şoray “Sinemam ve Ben” adlı kitabını təqdim edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, təqdimat zamanı aktrisa jurnalistlərin suallarını da cavablandırıb. O, artıq filmlərə çəkilməyəcəyini bildirib:

“Hazırda film sektorunda çox böyük haqsızlıqlar yaşanır. Təəssüf ki, biz də bunun qurbanı olduq. Qızım gəncdir, bu yolu davam etdirə bilər. Amma mən bacarmıram. Ürəyimdə aktrisalıq sənətini həmişə sevsəm də, lakin bundan sonra filmlərə çəkilmək fikrim yoxdur. İndi yazıçılığa daha çox vaxt ayıracam.

Yazdığı kitab haqqında da məlumat verən Türkan orada həyatını təsvir etdiyini qeyd edib:

“Mənim həyatım da filmə bənzəyir. Yaşadığım xoşbəxtlikləri, həyəcan dolu anları, eyni zamanda, kədərimi, itirdiklərimi bu kitabda yazmışam. Yəni mənim arxivimdir bu. İllər öncə bağladığım müqavilələr, iş həyatım, uğursuzluqlarım, zəifliyim, qorxularım da bu səhifələrdə öz əksini tapıb”.