Qanazlığından əziyyət çəkənlərə məsləhət

Qanazlığından əziyyət çəkənlərə məsləhət
7006 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az qanazlığından əziyyət çəkənlərə faydalı məsləhətlər verir:

Qan üçün vacib olan müxtəlif minerallarla zəngin olan fındıq qanazlığı zamanı çox faydalıdır. Fındıqdan belə faydalı qarışıq hazırlaya bilərsiniz:

- 200 qram təmizlənmiş fındıq;
- 200 qram qara kişmiş;
- Yarım stəkan təbii bal.

Hazırlanması:

Fındıq kişmişlə birlikdə blenderdə əzilir, bal əlavə olunur, qarışdırılır. Hər gün bu qarışıqdan acqarına 2 xörək qaşığı (uşaqlar üçün 2 çay qaşığı) yeyin. Müalicə iki həftə davam etdirilməlidir. Qarışığı sərin yerdə saxlayın.