Kişilər hədsiz tərləmədən necə xilas ola bilərlər? - kosmetoloq məsləhəti

Kişilər hədsiz tərləmədən necə xilas ola bilərlər? -  kosmetoloq məsləhəti
9563 dəfə oxunub
  • A-
  • A
  • A+

Baxımlı olmaq təkcə xanımlar yox, kişilər üçün də önəmlidir. Buna görə də kosmetoloji prosedurlardan güclü cinsin nümayəndələri də istifadə edirlər. 

Peşəkar kosmetoloq Xariqə Quliyeva Axşam.az-a müsahibəsində kişilər üçün lazımlı olan kosmetoloji prosedurlardan bəhs edib:

- Kosmetoloqa tək xanımlar yox, kişilər də müraciət edirlər. Elə sizin də müştəriləriniz arasında özünə qulluq etmək üçün gələn güclü cinsin nümayəndələri az deyil. Kişilər daha çox hansı prosedurlara müraciət edirlər?

- Son vaxtlar kişilərin də kosmetoloqa müraciət etməsi sevindirici haldır. Kişilər də baxımlı olmağa çalışırlar. Azərbaycanda kişilərin müraciəti əvvəl yaxşı qarşılanmırdı. Amma məntiqlə gəlib kosmetoloqa müraciət etmək və problemlərin aradan qaldırılmasını istəmək müsbət haldır. Kişilər daha çox qoltuqaltı botoksa müraciət edirlər. Qolaltı tərləmələr, ovuciçi tərləmələrdən xilas olmağa çalışırlar. Saç tökülmələri də kişiləri narahat edən problemlərdəndi. Bunların qarşısını müxtəlif prosedurlarla alırıq. Bir də dəri rənginin açılması mümkündür. Kişilərdə üz dərisinin rəngini açmaq daha çox tələb olunur.

- Saç tökülməsinin qarşısı hansı prosedurlarla alınır?

- Saç tökülməsində tüklərin dibinə mono saplarlar yeridilir. Eyni zamanda mezoterapiya, plazmaterapiya da etmək mümkündür. Bu prosedurlar keçəlləşmənin qarşısını alacaq, saçların çoxalmasına, dibinin bərkiməsinə kömək edəcək. 

- Dəri ağardılması hansı hald aedilir? 

- Bəzən kişilər hansısa ziyafətə, tədbirə gedir. Ondan bir gün əvvəl kosmetoloqa müraciət edirlər. Lazer aparatı vasitəsilə dəri tonlaşdırma edilir. Bu, ağrısız və izsiz prosedurdur. Dəri təravətlənir, şəffaflaşır.

- Yayın gəlişi tərləmə problemini daha da artırır. Bildirdiniz ki, botoksla bunun qarşısını almaq mümkündür. Bu prosedurun effekti nə qədər olur?

- Botoks mikroskopik miqdarda qoltuqaltına vurulur. Bu prosedur tər balansını normalaşdırır. Kişilər var ki, yayda əlvan rəngli köynək geyinmir, qollarını rahat aça bilmir. Bu prosedurdan sonra rahat hərəkət edə bilərlər. Effekti isə 9-12 ay davam edir.  

- Xanımların çox sevdiyi pilinq proseduru yayda qadağan olundu. Onu nə ilə əvəz etmək olar?

- Pilinqi karbon pilinqlə əvəzləmək mümkündür. bunu həm xanımlara, həm də kişilərə etmək mümkündür. Karbon pilinqi etdikdən sonra gündəlik həyatına davam edə bilərsən. 

- Yazda ən çox istifadə edilən prosedur hansıdır?

- Karbon prosedurları çox effektlidir. Xanımlar bu prosedurdan sonra üzlərindəki dəyişikliyi tez bir zamanda hiss edəcəklər. Dəri rəngi açılır, təravətli görünür.

Tel.: (012) 555 31 03

Mob.: (050) 303 02 09
 
WhatsApp: (055) 303 02 09

İş saatları: 10:00-dan 18:00-a kimi

Ünvan: N.Nərimanov metrosunun yaxınlığı ("Life Centre"in binası)