Dünyanın ən bahalı meyvələri - 13 min dollar

Dünyanın ən bahalı meyvələri -  13 min dollar
4154 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyvə yeməyi hamı sevir. Amma dünyanın müxtəlif yerlərində bəzən onu elə baha qiymətə satırlar ki, alıb yeməyə insanın ürəyi gəlmir.

Axşam.az xarici KİV-ə istinadən dünyanın ən bahalı meyvələrinin siyahısını təqdim edir:

Yubari yemişi

İsti havanı sevən yemişin bu növü Yapon adası olan Hokkaydoda yetişir. Onun dadı fərqli, çox şirindir. Adi halda onu 300 dollara satırlar. Amma auksionda bir dəfə 27 min, bir dəfə isə 13 500 dollara satılıb.
 


Densuke qara qarpız

Bu qarpız şirinliyi ilə hamını heyran edir. Yapon adasında yetişir. Qapığı tünd yaşıl rəngdədir, qaraya bənzəyir. Densukeni xüsusi qutularda satırlar. Yaponlar onu ən dəyərli hədiyyə hesab edirlər. Adi vaxtlarda 250 dollara satılır. Auksionda isə 6100 dollara satılıb.



Ruby roman üzümü

Bu qırmızı üzüm dünyanın ən bahalı üzümüdür. Tərkibində 18 % şəkər var. Kiloqramı 65 dollardır. Auksionda 700 qramı 10 900 dollara satılıb. 

 

Manqo "günəş yumurta"

Meyvənin bu adla adlandırılan növü böyüklüyü və şirinliyi ilə seçilir. Onun 1 ədədi auksionda 6000 dollara satılıb.



Dördkünc qarpız

Bu qarpızı Yaponiyanın Sikoku adasındakı ferma sahibi becərir. Dördkünc formasına görə digərlərindən seçilir. Onun qiyməti 800 dollardır.



Çiyələk

Bu çiyələk ideal ölçüsünə görə seçilir. O, Tokionun ən bahalı meyvə salonu olan Sembikiyədə satılır. 12 ədədi 69 dollardır.



Budda formasında armud

Armudun bu növünü çinli fermerlər becərir. Onlar meyvə kiçik olanda onu xüsusi paketlərə bükürlər. Beləcə, meyvə böyüyəndə bu formada olur. Armudun 1 ədədini 9 dollara satırlar.