Üzüyə görə nazirliyə zəng vurdu

Üzüyə görə nazirliyə zəng vurdu
5228 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı sakini barmağını sıxan üzüyə görə Fövqəladə Hallar Nazirliyinə zəng vurub.

Axşam.az-ın məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin barmağındaki üzüyün sıxılaraq qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq üzüyü kəsib və vətəndaşın barmağından çıxararaq zərərçəkmişi aidiyyatı üzrə təhvil veriblər.