Əkizlər Tolikdən ayrılmasından danışdı: "Onunla çalışmaq çətindir"

Əkizlər Tolikdən ayrılmasından danışdı:  "Onunla çalışmaq çətindir"
17469 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənnilər Sevil və Sevinc Səfərovalar prodüser Tarix Əliyevlə (Tolik) işbirliyinə son qoymalarının səbəbini açıqlayıblar.

Axşam.az-ın məlumatına görə, əkizlər bildirib ki, aralarında heç bir inciklik olmayıb:

"Biz Toliklə işdən əvvəl dostluq etmişik. Əsas odur ki, ayrılanda da dostluğumuzu qoruyub saxlayacağıq. Qonşuyuq, bağ evlərimiz də yan-yanadır. Tolikin işləri çoxdur. Ulduz prodüserlə çalışmaq çətindir. İşbirliyinə son qoymağa birlikdə qərar verdik. Başqa prodüserlə çalışmaq istəmirik. İndi Azərbaycanda tək prodüser Tolikdir. Bir də Vaqif Gərayzadə. O da bizimlə işləyər ki? O, öz ulduzlarını təqdim edib. Prodüserlər var, amma onlar toy bazarında çalışırlar”.

Foto: İlqam CƏBİYEV