Rozadan özünə ad günü hədiyyəsi - audio

Rozadan özünə ad günü hədiyyəsi -  audio
2221 dəfə oxunub
  • A-
  • A
  • A+

Ad günü olan müğənni Roza Zərgərli “Biri sənsən, biri mən” adlı yeni mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, ifaçı həmkarı Valeh Vəliyevlə birgə oxuduğu mahnını özəl günündə özünə və sevənlərinə hədiyyə etdiyini deyib:

“Hər il təmtəraqlı ad günü keçirməyi sevmirəm. Əslində bu il keçirməyi planlaşdırırdım, amma fərqlilik etmək istədim. İlk dəfə ad günümdə mahnı təqdim edirəm. Bu mənim özümə sürprizimdir. Ad günümə ən gözəl hədiyyədir".

“Biri sənsən, biri mən” adlı bəstənin musiqisi Ruslan Səfəroğlunun, sözləri Şirin Məmmədovun, aranjimanı isə Elvin Musayevindir.